Velosipedə təpik atan gənc 2 aylıq körpənin ölümünə səbəb oldu FOTO


Digərləri 09 Mar 2018 22:40:00 274 0

Velosipedə təpik atan gənc 2 aylıq körpənin ölümünə səbəb oldu  FOTO

Velosipedə təpik atan 19 yaşlı oğlan 2 aylıq körpənin ölümünə səbəb olub.

Son.az xəbər verir ki, hadisə Türkiyənin Adana şəhərində baş verib. Belə ki, 2 ay əvvəl Suriyadan qaçaraq Adanaya qohumlarının yanına gələn Mənsur ailəsi ziyarətdən qayıdarkən bədbəxt hadisə nəticəsində 2 aylıq M.Əsma adlı qızını itirib. İçkili vəziyyətdə yol ilə gedən 5 nəfər gənc velosipedə təpik atıb. Müvazinətini itirən M.Zeynəb qucağında körpəsi ilə yerə yıxılıb.

Hadisəni törədənlərin kimliyini aşkarlamaq məqsədilə axtarışlara başlayan Adana polisi nəhayət təhlükəsizlik kameraları vasitəsilə şübhəli bilinən 5 nəfəri saxlayıb. Ailə onların həmin şəxslər olduğunu təsdiqləyib. Məlum olub ki, velosipedə təpik atan 19 yaşlı B.Əbdülkərim olub.

Polisə ifadəsində içkili olduğunu deyərək, törətdiyi əməli etiraf edib: "Çox içmişdik. Yoldan keçən velosipedə təpik atdım. Özümdə deyildim. Körpənin ağlamaq səsini eşidəndə qorxub qaçdıq".


Xəbərə aid fotolar