Yol kənarında qanqal sataraq pul qazanırlar VİDEO


Digərləri 09 Mar 2018 22:22:00 375 0

Yol kənarında qanqal sataraq pul qazanırlar  VİDEO

Bakı - Qazax maqistralının Kürdəmir rayonu ərazisindən keçən hissəsində yol kənarında bir neçə gündür ki, qanqal satışı başlayıb. Bu bitkinin kifayət qədər alıcıları da var. Faydası isə saymaqla bitməz.

Qanqal bir-bir yığılır, daha sonra dəstə-dəstə yol kənarında satılır.

Hər il olduğu kimi, bu il yerli sakinlər yazın əvvələrində qanqalı yığaraq yol kənarına satışa çıxarırlar. Son.az bildirir ki, satıcıların sözlərinə görə, qanql əsasən Aran zonasında daha çox bitir və onun alıcısı var. Qiymətlər isə çox münasibdir.

Alıcıların bəziləri qanqalın dadını bildikləri üçün almağa maraq göstərirlər. Bəziləri isə onu görkəmi diqqət cəlb etdiyi üçün alır.