Tanınmış azərbaycanlı aktyorun avtomobilini qarət etdilər VİDEO


Kriminal 09 Mar 2018 22:12:00 243 0

Tanınmış azərbaycanlı aktyorun avtomobilini qarət etdilər  VİDEO

Tanınmış aktyorun avtomobili Bakıda qarət edilib.

Son.az bildirir ki, çəkildiyi filimlərin çoxunda məşhur oğru kimi rol alan Elşən Hacıbabayevin avtomobili ötən gün səhər saatlarında Binəqədi rayonu 8-ci mikrorayonda, evinin qarşısında qarət edilib.

Elşən Hacıbabayevin sözlərinə görə, naməlum şəxs və ya şəxslər onun avtomobilindən bahalı hədiyyə oğurlayıblar.

Zərərçəkmiş dərhal ''102'' xidmətinə məlumat verib. Əraziyə gələn Binəqədi rayon 5-ci polis bölməsinin əməkdaşları avtomobildən əl-barmaq izlərini götürüblər. Zərərçəkmiş iddia edir ki, ona təxminən 150 manat ziyan dəyib.