Yüksək təzyiqi normaya salmaq üçün


Digərləri 09 Mar 2018 21:50:00 330 0

Yüksək təzyiqi normaya salmaq üçün

Yüksək arterial təzyiq bir çox ağır pozulmaların (infarkt, insult, böyrək və göz xəstəlikləri və s.) ilk səbəblərindən biridir.

Təzyiqi daim normada saxlamaq həyati vacibdir. Argentina alimləri sübut edir ki, yüksək təzyiqdən əziyyət çəkənlər sadəcə şam yeməyindən imtina etməklə təzyiqi normaya sala bilərlər.

Son.az saglamolun.az-a istinadən bildirir ki, alimlər bununla bağlı xüsusi eksperiment aparıblar. Eksperimentdə yüksək arterial təzyiqdən əziyyət çəkən 150 insan iştirak edib. İştirakçılar axşam saatlarında yemək yemirdi və həmçinin mayenin qəbulunu azaldırdı. Artıq bir neçə gündən sonra iştirakçıların təzyiq göstəriciləri normallaşmağa başlayıb, onların ümumi vəziyyəti yaxşılaşıb.