Gənc ana 31ci həftədə əkiz övlad dünyaya gətirib


Digərləri 09 Mar 2018 21:10:00 341 0

Gənc ana 31ci həftədə əkiz övlad dünyaya gətirib

Düşük təhlükəsi olan, 27-28-ci həftəsində bətnindəki körpələrin çəkisi az olduğuna görə Respublika Müalicəvi Diaqnostika Mərkəzində stasionar şəraitdə müalicə alması təmin edilib və gələcək ana üzərində profilaktik müayinələr aparılıb. Bundan sonra bətndəki dölün inkişafı 31 həftəsinə qədər çatdırılıb və çəkiləri artandan sonra ana əməliyyata götürülüb.

Son.az bildirir ki, Mərkəzdən AZƏRTAC-a verilən məlumata görə, mama-ginekoloq Aleksandr Barsukov bu barədə deyib: "Dölün ürək döyüntülərində problemlər olduğuna görə ananı təcili əməliyyata götürdük. Doğularkən uşaqlardan biri 1,25, o birisi isə 1,3 kiloqram olub. Körpələrdən biri süni ventilyasiya aparatına qoşulub və uzun müddət tənəffüs hərəkətlərinin dayanması müşahidə edildiyinə görə lazımi apnoe profilaktikası aparılıb".