Əxlaqsız yol polisinə qarşı 100 min dollarlıq təzminat tələbi VİDEO


Dünya 09 Mar 2018 20:20:00 274 0

Əxlaqsız yol polisinə qarşı 100 min dollarlıq təzminat tələbi  VİDEO

Sosial şəbəkələrdə qadın sürücüyə qarşı tərbiyəsizlik edən yol polisinin görüntüləri yayılıb.

Son.az avtosfer.az-a istinadən xəbər verir ki, polis avtomobilinin təhlükəsizlik kamerası tərəfindən qeydə alınan bu görüntülərdə polis qadın sürücünü saxlayaraq sərxoş olub-olmaması ilə bağlı yoxlamaq aparmaq üçün maşından düşməsini və əllərini maşının üzərini qoymasını istəyib. Sonra polis əməkdaşı qadın sürücünü qəribə hərəkətlərlə yoxlamağa başlayıb. Bu yoxlama bir neçə dəqiqə davam edib və sürücünü sərbəst buraxıb. Bir neçə saatdan sonra polis həmin qadın sürücünü yenə saxlayıb.

Qeyd edək ki, qadın polisin ona qarşı cinsi zorakılıq göstərdiyinə görə 100 min dollar tələbi ilə məhkəməyə müraciət edib.

Həmin görüntüləri təqdim edirik:

Videonu izləmək üçün şəklə klikləyin: