“Real” TVnin peyk yayımına başlayacağı tarix məlum oldu


Digərləri 09 Mar 2018 20:00:00 280 0

“Real” TVnin peyk yayımına başlayacağı tarix məlum oldu

Milli Televiziya və Radio Şurasının (MTRŞ) Aparat rəhbəri Toğrul Məmmədov bildirib ki, "Real" TV-nin martın 12-dən sonra "Azərspace-1" peykində yayıma başlaması nəzərdə tutulub.

Son.az APA-ya istinadən xəbər verir ki, martın 5-də MTRŞ-da "Real Təhlil İnformasiya Mərkəzi" Məhdud Məsuliyyətli Cəmiyyətinin peyk yayımı üçün lisenziya verilməsi barədə müraciətinə baxılıb. MTRŞ-nın qərarına əsasən, "Real Təhlil İnformasiya Mərkəzi" Məhdud Məsuliyyətli Cəmiyyətinə ixtisaslaşmış (xəbər) kanal kimi peyk yayımı üçün müddətsiz lisenziya verilib.