Konte getsə, David Luiz qalacaq


İdman 09 Mar 2018 18:16:00 307 0

Konte getsə, David Luiz qalacaq

"Chelsea"nin müdafiəçisi David Luiz London klubunda qala bilər. Goal.az xəbər verir ki, braziliyalı futbolçunun qalması Kontenin postunu tərk etməsindən asılıdır. Luiz sonuncu dəfə "Watford"la oyunda (1:4) meydanda olub. Həmin vaxtdan 30 yaşlı müdafiəçi dizindəki zədə səbəbindən oynamayıb. "Chelsea" bossları isə onu komanda üçün vacib fiqur hesab edir. David Luizə "Manchester United"in maraq göstərdiyi qeyd olunur. "Sambaçı" bu mövsüm Premyer Liqada 10 oyuna 1 qol vurub.