Mbappe: "Neymar mənə qardaş kimidir"


İdman 09 Mar 2018 16:48:00 275 0

Mbappe: "Neymar mənə qardaş kimidir"

PSG-nin hücumçusu Kilian Mbappe komanda yoldaşı Neymarla münasibətindən danışıb. Goal.az xəbər verir ki, gənc ulduz bunları deyib:

"Münasibətimizə böyük dəyər verirəm. Neymar mənə qardaş kimidir. Belə ulduz futbolçu səni isti qarşılayırsa, yeni komandaya uyğunlaşmaq daha da asanlaşır. Neymarı yaxından tanıyanda aydın olur ki, o, televiziyada yaradılan obrazından çox uzaqdır. O, gülməyi və hər kəslə yola getməyi sevir. Bizim oyun tərzimiz fərqlidir deyə Neymar mənə çox məsləhət vermir. Amma mənə psixoloji cəhətdən çox kömək edir. O, karyerası ərzində etdiyi səhvlərdən danışır. Bu, mənə həmin səhvlərdən öyrənib analoji situasiyalardan qaçmağa imkan verir".