Fədayə Laçının həbs müddəti uzadıldı


Digərləri 09 Mar 2018 15:46:00 194 0

Fədayə Laçının həbs müddəti uzadıldı

Xüsusi təyinatlı qatardan qaçan məhbuslarla bağlı həbs edilən müğənni Fədayə Laçın və digərlərinin həbs müddəti uzadılıb.

Son.az APA-ya istinadən xəbər verir ki, həbs qətimkan tədbirinin müddəti Nəsimi rayon Məhkəməsinin qərarı ilə mayın 29-dək artırılıb.

Xatırladaq ki, ötən il oktyabrın 23-də Bakı- Astara - Bakı planlı dəmir yolu qarovulu ilə xüsusi təyinatlı vaqonda Bakı şəhərinə müşayiət olunan 1980-ci il təvəllüdlü, əvvəllər məhkum edilmiş, hazırda Cinayət Məcəlləsinin (CM) müxtəlif maddələri ilə təqsirləndirilən Etibar Ələkbər oğlu Məmmədov və 1989-cu il təvəllüdlü, əvvəllər məhkum olunmamış, CM-nin müxtəlif maddələri ilə təqsirləndirilən Əli Rasim oğlu Ağami müşayiət altından qaçıblar.