Caka: "Heç kim komandanın daxilində nə olduğunu bilmir"


İdman 09 Mar 2018 15:32:00 247 0

Caka: "Heç kim komandanın daxilində nə olduğunu bilmir"

"Arsenal" Avropa Liqasının 1/8 finalında "Milan" üzərində 2:0 hesablı qələbə qazanıb. Goal.az xəbər verir ki, matçdan sonra London klubunun yarımmüdafiəçisi Qranit Caka bunları deyib:

"Oyunun əvvəli bizim üçün biraz çətin oldu. Amma daha sonra oyunumuzu tapdıq və qol vurduq. Milanda 2:0 hesablı qələbə ilk oyun üçün yaxşı nəticədir.

Kənardan bir çoxları bizim haqqımızda danışırdı. Lakin heç kim komandanın daxilində nə olduğunu bilmir. Biz birlik, mübarizə ruhu və xarakter göstərdik. Əlbəttə, "Milan" yaxşı komandadır. Evdə də qalib gəlmək istəyirik.

Son 4 oyunda məğlubiyyət bizə pis təsir etmişdi. Səfərdə yaxşı oyunla vahid komanda olduğumuzu göstərdik".