London olimpiadasının mükafatçısı evində ölü tapıldı


İdman 09 Mar 2018 15:16:00 327 0

London olimpiadasının mükafatçısı evində ölü tapıldı

2012-ci il London Yay Olimpiya Oyunlarında qoşa mübarizədə bürünc medal qazanmış Cənubi Koreya badmintonçusu Çon Çje Son 36 yaşında dünyasını dəyişib. 

İdmançını xanımı Seuldan 70 km aralıdakı Xvason şəhərindəki evindən ölü halda tapıb. Ölümün səbəbi açıqlanmır. Polisdən bildirilib ki, 2015-ci ildə badmintonçuya ürək aritmiyası diaqnozu qoyulub. Habelə, idmançı dəfələrlə ürəyindən şikayətlənib. 

Qeyd edək ki, Çon Çje Son London olimpiadasında bürünc medalı Li Yon De İlə qoşa mübarizədə qazanıb. Onların hesabında dünya çempionatlarının gümüş və bürünc medalları da var.