Bakteriya aşkarlanmış toyuqlar Azərbaycan üçün təhlükə yaradır?


Digərləri 09 Mar 2018 14:52:00 268 0

Bakteriya aşkarlanmış toyuqlar Azərbaycan üçün təhlükə yaradır?

Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti Rusiyada təhlükəli listeriya ST6 bakteriya aşkar olunduğu "BELAYA PTİTSA" və "PETRUXA" markalı toyuq məhsullarının ölkəmizə idxalı ilə bağlı məsələyə aydınlıq gətirib.

Son.az xəbər verir ki, xidmətin mətbuat katibi Yolçu Xanvəli Trend-ə deyib ki, Azərbaycan Türkiyə, Ukrayna, Gürcüstanla yanaşı, Rusiyadan da toyuq və toyuq məhsullarını idxal edir. Lakin Rusiyadan idxal edilən məhsulların arasında "BELAYA PTİTSA" və "PETRUXA" markalı toyuq məhsulları yoxdur.

Y.Xanvəlinin sözlərinə görə, Azərbaycana daxil olmuş bütün məhsullar satışa çıxarılmamışdan əvvəl yoxlanılır və keyfiyyətində problemlər aşkarlanmış məhsulların satışına icazə verilmir.