Sədr: ATƏT Dağlıq Qarabağ münaqişəsinin qəti həlli üçün Minsk qrupunun işini dəstəkləməyə davam edəcək


Digərləri 09 Mar 2018 14:53:00 189 0

Sədr: ATƏT Dağlıq Qarabağ münaqişəsinin qəti həlli üçün Minsk qrupunun işini dəstəkləməyə davam edəcək

ATƏT Dağlıq Qarabağ münaqişəsinin qəti həlli üçün Minsk qrupunun işini dəstəkləməyə davam edəcək.

Bakı. Ləman Zeynalova - ATƏT Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin qəti həlli üçün Minsk qrupu həmsədrlərinin işini dəstəkləməyə davam edəcək. Trend-in məlumatına görə, bunu ATƏT-in fəaliyyətdə olan sədri, İtaliyanın xarici işlər naziri Ancelino Alfano Nyu Yorkda BMT Təhlükəsizlik Şurasında çıxışı zamanı deyib. O qeyd edib ki, təşkilat diqqətini ATƏT regionunda həlli uzanmış münaqişələrə, o cümlədən Dağlıq Qarabağ münaqişəsinə cəmləyib: "Biz münaqişənin qəti həlli üçün Minsk qrupu həmsədrlərinin işini dəstəkləməyə davam edəcəyik". Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin