"Bayern Munchen"də yeni müqavilə


İdman 09 Mar 2018 14:32:00 243 0

"Bayern Munchen"də yeni müqavilə

"Bayern Munchen"in yarımmüdafiəçisi Coşua Kimmix klubla müqaviləsini yeniləyib. Goal.az xəbər verir ki, yeni anlaşma 2023-cü ilin yayına kimi qüvvədə olacaq.

"Müqaviləmin uzadılması göstərir ki, məni "Bayern"də gələcək idman uğurlarının mühüm elementi kimi görürlər. Bu, məni fərəhləndirir" - 23 yaşlı havbek deyib.

Kimmix 2015-ci ildə "Leipzig"dən Münhen klubuna keçmişdi. O, "Bavariya"da 19 qolun müəllifidir. Almaniya millisinə də cəlb olunan gənc futbolçu 2016-cı il Avropa, 2017-ci il Konfederasiyalar Kubokunda iştirak edib.