"Barcelona"nın müdafiəçisi "Manchester United"in hədəfində
İdman 09 Mar 2018 14:14:00 262 0
"Manchester United" fransalı müdafiəçi Samuel Umtitiyə maraq göstərir. Goal.az "Sport" nəşrinə istinadən xəbər verir ki, "qırmızı şeytanlar" ona görə "Barcelona"ya 60 milyon avro ödəməyə hazırdır. Bu, 24 yaşlı futbolçunun müqaviləsində göstərilən buraxılış qiymətidir. "United" ona ildə 9 milyon avro məvacib təklif edir. Fransalı oyunçu indiki klubunda 4 milyon avro məvacib alır. "Barcelona" ona əlverişli şərtlərlə yeni müqavilə təklif etmək istəsə də, 9 milyon avro maaşı şişirdilmiş hesab edir. Katalonlar bu məsələyə 2018-ci il dünya çempionatına kimi aydınlıq gətirmək niyyətindədir.
Mənbə: goal.az