"Rəqsanədən üzr istədim" "Bivəfa"nı oxuyan Cin VİDEO FOTO


Şou-biznes 09 Mar 2018 13:44:00 286 0

"Rəqsanədən üzr istədim"  "Bivəfa"nı oxuyan Cin  VİDEO  FOTO

ARB TV-nin "Səhər - Səhər" verlişinin növbəti qonağı reper Ceyun Zeynalov (Cin) olub.

Son.az bildirir ki, Cin müğənni Rəqsanə ilə aralarında yaşanan mahnı qalmaqalından danışıb:

"Bu mahnı Yeni il şənliyi üçün yazılmışdı. Kanaldan mənə dedilər ki, onlar bütün bəstəkarlardan, kanallardan icazə alıblar. Proyekt də hər bir müğənni digər müğənninin hit olmuş mahnısını oxuyur. Mənə də verdilər bu mahnını. Kanal icazə almağına baxmayaraq, mən də götürdüm yığdım Rəqsanəni. İki dəfə yığdım elə oldu ki, mənə "adboy" verildi. Mən mahnının Azərbaycan dilində sözlərini yazan bəstəkar Altay Yaşara və aranjıman edən Vüsal Qarayevdən halallıq istədim. Onlar da dedilər ki, problem yoxdur. Mahnı yanvarın 1-dən başladı hər yerdə getməyə və mahnıya 2-ci dəfə nəfəs verildi. Mahnı hitə döndü və bu yaxınlarda rəqsanənin bir kanalda açıqlamasını gördüm. Mahnıya və mənim sənətimə qarşı biraz düzgün olmayan sözlər dedi. Artıq məndən müsahibə götürüləndə aydınlıq gətirdim ki, bu mahnı özbək bəstəkarının mahnısıdır. Mən onun mahnısını oxumuşam. Sonda Rəqsanə xanımın sərt müsahibəsinə sərt də cavab verdim. Buna görə İnstagram-da video paylaşıb sırf o sərt cavabıma görə üzr istədim".


Xəbərə aid fotolar