Lənkəranda və Şəkidə sahibkarlar üçün treninqlər keçirilib


Digərləri 09 Mar 2018 13:41:41 159 0

Lənkəranda və Şəkidə sahibkarlar üçün treninqlər keçirilib

İqtisadiyyat Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin təşkilatçılığı ilə Lənkəranda və Şəkidə sahibkarlar üçün treninqlər keçirilib.

Bakı. İqtisadiyyat Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin təşkilatçılığı ilə Lənkəranda və Şəkidə sahibkarlar üçün treninqlər keçirilib. İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, "Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi"ndə kiçik və orta sahibkarlıq subyektləri üçün araşdırma və maariflənmə imkanlarının artırılmasına kömək məqsədilə keçirilən treninqlərdə iştirakçılara biznes-ideyanın formalaşdırılması və həyata keçirilməsi yolları, biznes-planın tərtibi, marketinq araşdırmaları sahəsində beynəlxalq təcrübə, tütün, barama və ipək istehsalında səmərəliliyin yüksəldilməsi, ixracın artırılması və s. barədə məlumat verilib.