10 yaşlı qız milyonları şoka salıb VİDEO FOTO


Digərləri 09 Mar 2018 13:40:00 234 0

10 yaşlı qız milyonları şoka salıb  VİDEO  FOTO

Qazaxıstanda yaşayan 10 yaşlı Evnika Saadvakass dünyaca məşhurdur. İllərdən bəri boksla məşğul olan Evnika həddən artıq sürətli zərbə texnikasına malikdir.

Son.az Daily Mail-ə istinadən bildirir ki, peşəkar boks məşqçisi olan Rüstəm Saadvakassın rəhbərliyi ilə 3 yaşında məşqlərə başlamış Evnikanın zərbələrlə ağacı qırdığı video sosial şəbəkələrdə sürətlə yayılır.

Rüstəm Saadvakassın dediyinə görə, Evnika ilə onun 7 bacı-qardaşına 3-4 yaşlarından bəri boksun incəlikərini öyrədir.

"Əvvəlcə Evnikanın ağaca toxunmayaraq zərbələr vurmasını istədim. Bu təmrinlər dəqiqlik üçündür və ağacı qırmaq fikrimiz yoxdur. Lakin Evnika ağacın gövdəsini yumruqlamağa, gövdəni qırmağa çalışmağa başladı. Sonra dedi: "Ata, ağacı qırmaq istəyirəm". Bir qədər sonra o, özün əsl mənasında yumruqları ilə ağac gövdəsini parçaladı," - Rüstəm deyib.

Rüstəmin dediyinə görə, qızı çox sürətli olmaqla yanaşı, zərbələri də çox güclüdür.


Xəbərə aid fotolar