Venqer: "Qalibiyyət vacib olsa da, hələ növbəti mərhələyə çıxmamışıq"


İdman 09 Mar 2018 13:40:00 244 0

Venqer: "Qalibiyyət vacib olsa da, hələ növbəti mərhələyə çıxmamışıq"

"Arsenal" Avropa Liqasının 1/8 final mərhələsində keçirdiyi ilk oyunda "Milanı" səfərdə 2:0 hesabıyla məğlub edib. Goal.az xəbər verir ki, "topçular"ın baş məşqçisi Arsen Venqer matçdan sonra bunları deyib:

"Kabus kimi keçən həftədən sonra vacib qələbə qazandıq. Qalibiyyət vacib olsa da, hələ növbəti mərhələyə çıxmamışıq. Evdə də qalib gəlmək lazımdır. Oyunçuların əhval-ruhiyyəsindən və son yenilgiyə reaksiyasından çox razıyam. Yaxşı vəziyyətdə olmadığımza görə çox risk edə bilməzdik. Amma riskdən qaçsaydıq, mobilliyi itirə bilərdik. Kubokun finalında alınan məğlubiyyəti bir neçə günə həzm etmək çətindir. Boskçu kimi nokdauna düşmüsənsə, özünə gəlmək üçün vaxt olmur. İstənilən halda bunu etməlisən".