Türkiyə Silahlı Qüvvələri və Azad Suriya Ordusu Afrinin 4 km-liyindədir


Dünya 09 Mar 2018 13:19:55 247 0

Türkiyə Silahlı Qüvvələri və Azad Suriya Ordusu Afrinin 4 km-liyindədir

Bu günədək 3149 terrorçu məhv edilib

Türkiyə Silahlı Qüvvələri və Azad Suriya Ordusu Afrinin mərkəzinin 4 km-liyinədək yaxınlaşıb.

“Report” “Haberturk”ə istinadən xəbər verir ki, rayon mərkəzinə bağlı Şavarighat El Caviz və Melkiye kəndləri terrorçulardan təmizlənib.

Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı bildirib ki, 49 gündür davam edən əməliyyat nəticəsində PKK/KCK/PYD-YPG və İŞİD terror qruplaşmalarının 3149 terrorçusu məhv edilib. Əməliyyatın 49-cu günündə 49 terrorçu zərərsizləşdirilib.

Afrində 5 bələdiyyə mərkəzi, 124 kənd, 30 strateji mövqe olmaqla 159 bölgə terrorçulardan təmizlənərək nəzarətə götürülüb.