Suriyada daha 2 kənd terrorçulardan azad edildi


Dünya 09 Mar 2018 13:26:00 202 0

Suriyada daha 2 kənd terrorçulardan azad edildi

Türkiyə Silahlı Qüvvələrinin Azad Suriya Ordusu ilə birlikdə Suriyanın Afrin bölgəsində apardığı "Zeytun budağı" əməliyyatı 1 aydan çoxdur ki davam edir

Türkiyə Silahlı Qüvvələrinin Azad Suriya Ordusu ilə birlikdə Suriyanın Afrin bölgəsində apardığı "Zeytun budağı" əməliyyatı 1 aydan çoxdur ki davam edir.

Son.az bildirir ki, Anadolu agentliyinin məlumatına görə, Türkiyə ötən gün 2 kəndi terrorçulardan azad edib.

Türkiyə Silahlı Qüvvələrinin əsgərləri Azad Suriya Ordusunun əsgərləri ilə birlikdə Şavarighat El Caviz və Melkiye kəndini tutublar. "Zeytun budağı" əməliyyatı çərçivəsində terrorçulardan azad edilən yaşayış məntəqələrinin sayı 159-a çatıb.