Azərbaycandan kənara istirahət turlarının QİYMƏTLƏRİ - Ucuzlaşıb


Digərləri 09 Mar 2018 13:20:00 194 0

Azərbaycandan kənara istirahət turlarının QİYMƏTLƏRİ - Ucuzlaşıb

2018-ci ilin yanvar-fevral aylarında istehlak məhsullarının və xidmətlərin qiymətləri 2017-ci ilin müvafiq dövrünə nisbətən 4,7 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 5,8 faiz, qeyri-ərzaq mallarının qiymətləri 4,7 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 3,3 faiz bahalaşıb.

Bakı. İlhamə İsabalayeva - 2018-ci ilin yanvar-fevral aylarında istehlak məhsullarının və xidmətlərin qiymətləri 2017-ci ilin müvafiq dövrünə nisbətən 4,7 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 5,8 faiz, qeyri-ərzaq mallarının qiymətləri 4,7 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 3,3 faiz bahalaşıb. Trend-in mlumatına görə, cari ilin fevral ayında yanvar ayına nisbətən istehlak məhsullarının və xidmətlərin qiymətləri 0,2 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 0,4 faiz, qeyri-ərzaq mallarının qiymətləri 0,1 faiz bahalaşmış, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə 0,1 faiz ucuzlaşıb. Ay ərzində uzun düyünün, südün, qatığın, xamanın, kərə, zeytun və marqarin yağlarının, naringinin, almanın, armudun, heyvanın, narın, xurmanın, bananın, qozun, fındığın, xiyarın, pomidorun, balqabağın, soğanın, kartofun, çay və qəhvənin qiymətlərində bahalaşma, yumru düyünün, unun, manna və qarabaşaq yarmasının, makaron məmulatlarının, mal, qoyun və toyuq ətinin, yumurtanın, günəbaxan və qarğıdalı yağlarının, limonun, portağalın, kələmin, yerkökünün, çuğundurun, sarımsağın, göyərtinin, şəkər və şəkər tozunun qiymətlərində isə ucuzlaşma müşahidə olunub. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.