Pişik quduzlaşıb, qəsəbədə karantin elan edildi - Türkiyədə


Digərləri 09 Mar 2018 13:24:00 216 0

Pişik quduzlaşıb, qəsəbədə karantin elan edildi - Türkiyədə

Pişik iki qadını dişlədikdən sonra digər ev heyvanlarına hücum edib.

Bakı. Türkiyənin Aydın vilayətinin Nazilli qəsəbəsindəki məhəllələrin birində quduz olduğu ehtimal edilən pişik iki qadını dişlədikdən sonra digər ev heyvanlarına hücum edib. Trend-in Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata əsasən, pişiyin hücumuna məruz qalan qadınlar çətinliklə də olsa, canlarını qurtara biliblər.