Lovren: "Liverpool" heç vaxt 1 xala oynamır"


İdman 09 Mar 2018 13:04:00 231 0

Lovren: "Liverpool" heç vaxt 1 xala oynamır"

"Liverpool"un müdafiəçisi Deyan Lovren Premyer Liqanın 30-cu turunda "Manchester United"ə qarşı keçirəcəkləri oyun barədə danışıb. Goal.az xəbər verir ki, xorvatiyalı futbolçu "qırmızı şeytanlar"ın müdafiə taktikasına söz atıb.

"Bizi çətin oyun gözləyir. Onlar son dəfə "Anfield"a səfər edəndə çox dərin müdafiə olunmuşdular. Görək, bu dəfə nə olacaq. Şübhəsiz, onlara xallar lazımdır. "United"ə 1 xal da kifayət edə bilər, bizsə heç vaxt 1 xala oynamırıq. "Liverpool" əlindən gələni edəcək. Həmişəki kimi hücum futbolu oynayacağıq. Böyük, səviyyəli hücumçulara qarşı oynamağı xoşlayıram. Məhəmməd Salah və Sadyo Mane ilə məşqdə qarşılaşmaq ən əsas sınaqlardan biridir. Bu zaman real gücünü müəyyən edə bilərsən".