Oynadığı tamaşa ilə 1ci yeri tutan nazirimiz kimdir? Maraqlı fakt FOTO


Digərləri 09 Mar 2018 12:53:00 269 0

Oynadığı tamaşa ilə 1ci yeri tutan nazirimiz kimdir?  Maraqlı fakt  FOTO

Azərbaycanın daxili işlər naziri, general-polkovnik Ramil Usubovun sinif yoldaşı onunla bağlı xatirələrini bölüşüb. 

Son.az xəbər verir ki, azedu.az saytına danışan Rafael Teymurlu nazirlə bağlı maraqlı faktlar açıqlayıb. R.Teymurlunun sözlərinə görə, üç dost olublar və 3-nün də teatra böyük həvəsi olub:

"O vaxtlar müəllim yanına getmək yox idi, özümüz hazırlaşırdıq. Sözün düzü, üçümüzün də - rəhmətlik Şirin Mirzəyev, Ramil və mənim həvəsimiz teatra idi. Çünki biz məktəbdə Vahid müəllimin rəhbərliyi ilə Sevil tamaşasını səhnələşdirdik. Mən Əbdüləli bəyi, Ramil isə Məmmədəli bəyi canlandırdı. Vilayət teatrında məktəblilər arasında yarış keçirilirdi. Biz  "1905-ci ildə" tamaşası ilə birinci yeri tutduq. Açığı, mənə teatr sahəsinə getmək üçün evdən imkan vermədilər. Amma birinci il Ramillə Şirin teatr institutuna imtahan verdilər. Nədənsə, onların işi alınmadı. Odur ki, Ramil bir il müəllim işlədi. Deməli, o vaxtı kəndlərdəki fermalarda azərbaycanlılar işləyirdi. Onların uşaqları təhsildən kənarda qalmasın deyə, məktəblər açılmışdı. Müəllim çatışmazlığı vardı. Ramil orta məktəbi bitirmişdi, kifayət qədər savadlı idi. Ona görə Ballıca məktəbində bir il müəllim işləyə bildi. Onun ilk əmək fəaliyyəti də məhz burdan başladı. İlyas Əfəndiyevi çox xoşlayırdıq. Onun pyeslərini səhnələşdirirdik.  Məsələn "Müsibəti-Fəxrəddin" əsərini oynamışdıq. Mən Fəxrəddini, Ramil isə Mahmud rolunu oynayıb. "Vaqif" pyesində isə Vaqifi Ramil, Vidadini Şirin, Qacarı isə mən canlandırmışam.


Xəbərə aid fotolar