Qəbələdə zorla pul alan reket "zek" tutulub


Digərləri 09 Mar 2018 12:50:00 274 0

Qəbələdə zorla pul alan reket "zek" tutulub

Qəbələ rayonunun Vəndam qəsəbə sakini İnqilab Paşayevdən zorla 850 manat pulunu almış Samit Abdurəhmanov saxlanılıb.

DİN Mətbuat Xidmətinin Şəki şəhərindəki regional qrupundan Son.az-a verilən məlumata görə, martın 6-da saat 5 radələrində Qəbələ rayonunun Nohurqışlaq kəndindəki kafelərin birində Samit adlı şəxs Vəndam qəsəbə sakini İnqilab Paşayevə zor tətbiq edərək 850 manatını alıb.

Qəbələ RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən həmyerlisi, əvvəllər məhkum olunmuş Samit Abdurəhmanov saxlanılıb. Ondan 119,6 qram marixuana da götürülüb.