Bonuççi: "Biraz qorxu və həyəcan hiss olundu"


İdman 09 Mar 2018 12:48:00 341 0

Bonuççi: "Biraz qorxu və həyəcan hiss olundu"

"Milan"ın müdafiəçisi Leandro Bonuççi komandanın Avroliqanın 1/8 finalında keçirdiyi ilk oyunda "Arsenal"a uduzmasına (0:2) münasibət bildirib. Goal.az xəbər verir ki, 30 yaşlı futbolçu komandanın ilk hissədə həyəcanlı olduğunu deyib.

"İlk hissədə bizdə biraz qorxu və həyəcan oldu. Bu məqam futbolçulara təcrübə qazanmağa kömək edəcək. Cavab oyunu çətin keçəcək, amma futbolda hər şey baş verə bilər. Müdafiə və hücumda təsirsiz oynamaqla turnirdə irəli getmək olmaz.. Düzgün formada oynamadıq. "Arsenal" topu sürətlə hərəkət etdirib müdafiəmizdə boşluqlar axtarırdı. İkinci hissədə göstərdiyimiz mübarizə ruhu ilə Londona getsək, nəticə əldə edə bilərik. Fikrimcə, məsuliyyəti üzərinə almaq üçün komandanın cəsarəti çatışmadı. Rəqibin topa nəzarəti və ötürmə kanallarına qarşı az şey etdik. Bu baxımdan daha yaxşı oynaya bilərdik. Mən özüm də sadə səhvlərə yol verdim".