"Vəziyyəti pisləşdi, mən də boğdum" 3 manata görə qadını öldürən qonşu VİDEO FOTO


Digərləri 09 Mar 2018 12:35:00 277 0

"Vəziyyəti pisləşdi, mən də boğdum"  3 manata görə qadını öldürən qonşu  VİDEO  FOTO

Fevralın 27-i saat 3 radələrində Gəncə şəhəri N.Nərimanov prospektindəki mənzillərdən birində yanğın baş verib.

Son.az ARB TV-yə istinadla xəbər verir ki, alov söndürüldükdən sonra içəridən ev sahibəsi Natella Katiblinin yanmış meyiti tapılıb.

Məhkəmə tibbi ekspertizasının müayinəsi zamanı mərhumun boğaz nahiyəsində kəsik olduğu, qabırğalarının isə sındığı müəyyən edilib.

Polis və prokurorluq orqanları əməkdaşlarının birgə keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qadının tamah məqsədi ilə boğularaq öldürüldüyü, sonradan evinin yandırıldığı müəyyən edilib. Görülmüş tədbirlərlə mərhumun qonşusu, Gəncə şəhər sakini, əvvəllər məhkum olunan Elçin Mustafayev şübhəli şəxs qismində saxlanılıb.

Elçin Mustafayev (saxlanılan şəxs): "Üç manat istədim, dedi yoxumdur. Məni söyüb, qovlamaq istəyəndə, mən də girdim evə. İçkiliydim vurdum, yıxıldı. Bir də dedim 3 manat ver, yenə dedi yoxumdur, söydü məni. Gördüm ki, vəziyyəti pis oldu, ölümcüldür, başladım boğmağa ki, qoy ölsün".

Spirtli içki alüdəçisi olan Elçin Mustafayev qətli törətdikdən sonra fantaziyasını işə salıb. O, evi yandırmaqla iz itirmək istəyib.


Xəbərə aid fotolar