Cənubi Koreya prezidenti: "KXDR və ABŞ liderləri arasında keçiriləcək danışıqlar tarixi mərhələ olacaq"


Dünya 09 Mar 2018 12:16:22 230 0

Cənubi Koreya prezidenti: "KXDR və ABŞ liderləri arasında keçiriləcək danışıqlar tarixi mərhələ olacaq"

Mun Çje İn: "Danışıqların baş tutacağı halda, yarımadanın tam nüvəsizləşdirilməsinin başlanğıcı qoyulacaq"

Cənubi Koreya Prezidenti Mun Çje İn KXDR lideri Kim Çen İn və ABŞ dövlət başçısı Donald Tramp arasında keçirləcək görüşü tarixi mərhələ adlandırıb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Koreya Respublikasının dövlət başçısı administrasiyasının mətbuat katibi Kim İy Qyom bildirib.

"KXDR və ABŞ liderlərinin görüşü tarixi mərhələ olacaq. Bu görüş sayəsində Koreya yarımadasında sülh bərqərar olacaq", - Cənubi Koreya prezidenti əminliyini ifadə edib.

Onun sözlərinə görə, danışıqlar baş tutacağı halda, yarımadanın tam nüvəsizləşdirilməsi prosesinin başlanğıcı qoyulacaq.

O, həmçnin siyasətçilərə göstərdikləri cəsarət və müdrikliyə görə təşəkkür edib.

Xatırladaq ki, martın 5-6-da Pxenyanda Kim Çen İnlə Koreya Respublikasının Milli Təhlükəsizlik İdarəsinin rəhbəri Çon İy Yon və Milli Kəşfiyyat Xidmətinin direktoru So Hun arasında danışıqlar keçirilib. Danışıqlar zamanı rəsmi Pxenyan Vaşinqtonla münasibətlərin normallaşdırılması üzrə məsləhətləşmələrə başlamağa hazır olduğunu bildirib.

Eyni zamanda, ABŞ Prezidenti Donald Tramp Yaponiyanın Baş naziri Sindzo Abe ilə telefon danışığı zamanı Şimali Koreya lideri ilə görüşməyə hazır olduğunu təsdiqləyib.