"Qurultayda medianın iqtisadi gücünün artırılması yollarını müzakirə edəcəyik" FOTO


Digərləri 09 Mar 2018 12:10:00 211 0

"Qurultayda medianın iqtisadi gücünün artırılması yollarını müzakirə edəcəyik"  FOTO

Bu gün Mətbuat Şurasının, Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) rəhbərliyi və KİV nümayəndələri Fəxri Xiyabanda Heydər Əliyevin, görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın və milli mətbuatımızın banisi Həsən bəy Zərdabinin məzarlarını ziyarət ediblər.

Son.az APA-ya istinadən xəbər verir ki, Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov Azərbaycan mətbuatının tarixindən danışıb, müasir medianın uğurlarını qeyd edib, problemlərinə toxunub. Ə. Amaşov bildirib ki, Azərbaycan mətbuatı müstəqil və peşəkar mətbuatdır: "Bu gün Azərbaycan mediası peşəkar olmaqla yanaşı, milli maraqlardan çıxış edir. Yarandığı gündən bu tərəfə bizim mətbuatımız məşəqqətli, mürəkkəb dövr keçib. Amma buna baxmayaraq, öz üzərinə düşən missiyanı - cəmiyyəti maarifləndirmək missiyasını uğurla yerinə yetirib. Martın 10-da Azərbaycan jurnalistlərinin VII qurultayı öz işinə başlayacaq. Əminəm ki, qurultayda Azərbaycan mediasını narahat edən məsələlər də müzakirə olunacaq. Qurultayın uğuruna inanıram".


Xəbərə aid fotolar