Kabildə məscid yaxınlığında partlayış olub


Dünya 09 Mar 2018 12:07:16 212 0

Kabildə məscid yaxınlığında partlayış olub

Bir nəfər ölüb, beş nəfər yaralanıb

Əfqanıstanın paytaxtı Kabilin Mossalla-Mazari rayonunda avtomobil məscid yaxınlığında partladılıb.

"Report" "Sputnik"ə istinadən xəbər verir ki, terrorçu-kamikadze avtomobili məscidin yaxınlığına sürərək partladıb.

İlkin məlumatlara görə, bir nəfər ölüb, beş nəfər yaralanıb.

Hələlik terror qruplaşmalarından heç biri hücuma görə məsuliyyəti üzərinə götürməyib.