XƏBƏRDARLIQ! Bü gündən intensiv yağışlar başlayacaq


Digərləri 09 Mar 2018 12:05:00 235 0

XƏBƏRDARLIQ! Bü gündən intensiv yağışlar başlayacaq

Azərbaycanın qərb rayonlarından başlayaraq, artıq qeyri-sabit hava şəraiti müşahidə olunmağa başlayıb.

Son.az xəbər verir ki, bunu Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib.

Onun sözlərinə görə, Azərbaycanın rayonlarında martın 9-u gündüzdən martın 10-u gündüzədək hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış, dağlıq ərazilərdə qar yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə 5-8 dərəcə aşağı enəcək. Çaylarda sululuğun artacağı ehtimal olunur.