İstirahət günlərində müşahidə olunacaq hava proqnozu açıqlanıb


Sosial 09 Mar 2018 11:39:28 220 0

İstirahət günlərində müşahidə olunacaq hava proqnozu açıqlanıb

Gülşad Məmmədova: “Dağlıq ərazilərdə qar yağacağı ehtimal olunur”

“Növbəti iki gündə Azərbaycan ərazisində hava şəraiti qeyri-sabit keçəcək”.

Bunu “Report”a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.

O bildirib ki, hazırda Bakıda güclü külək əsir, gecəyə doğru isə yağış yağacağı gözlənilir: “Rayonlarda artıq yağış yağmağa başlayıb. Dağlıq ərazilərdə qar yağacağı ehtimal olunur”.

G.Məmmədovanın sözlərinə görə, sabah gündüzdən ölkə ərazisində yağıntılar tədricən kəsiləcək: “Martın 10-u gündüzdən başlayaraq ayın 11-i daxil olmaqla əksər rayonlarda əsasən yağmursuz hava şəraiti müşahidə olunacaq. Dağlıq rayonlarda yağıntının olacağı istisna olunmur”.

Mütəxəssis qeyd edib ki, bu gün səhərdən başlayan güclü şimal qərb küləyi sabah gündüzdən tədricən mülayimləşəcək: “Növbəti günlərdə mülayim şərq küləyi əsəcək. Havanın temperaturu bu gündən etibarən aşağı düşsə də, martın 11-dən temperaturun tədricən yüksələcəyi gözlənilir”.