PSG-dən 8 futbolçu göndərilir


İdman 09 Mar 2018 11:32:00 259 0

PSG-dən 8 futbolçu göndərilir

Mövsümə Çempionlar Liqasını qazanmaq hədəfiylə başlayan, lakin turnirin 1/8 finalında "Real"a məğlub olaraq turnirlə vidalaşan PSJ heyətdə dəyişikliklər edəcək.

Goal.az xəbər verir ki, paytaxt klubu baş məşqçi Unai Emeri ilə yolları ayıracaq. 8 futbolçu isə transferə çıxarılacaq. Dani Alveş satış siyahısında yer alır. Müdafiənin sağ cinahında çıxış edən Layvin Kurzava və Yuri Berçiçe də transferə çıxarılacaq. Fransa mətbuatı PSG-nin Edinson Kavani, Marko Verrati, Anxel di Mariya və Xavyer Pastore kimi futbolçuları da feyr-pley tələblərinə görə satmağa hazır olduğunu qeyd edib. Bundan əlavə, yeni müqavilə üçün yüksək maaş tələb edən Adrien Rabio ilə anlaşma əldə edilməsə, komandadan göndəriləcək.