"Report": Donald Trampın son qərarının ağır nəticələri ola bilər


Digərləri 09 Mar 2018 11:13:02 137 0

"Report": Donald Trampın son qərarının ağır nəticələri ola bilər

ABŞ Prezidenti polad idxalına 25%, alüminiuma isə 10% gömrük rüsumu tətbiq edilməsi ilə bağlı sərəncam imzalayıb

ABŞ Prezidenti Donald Tramp polad idxalına 25%, alüminiuma isə 10% gömrük rüsumu tətbiq edilməsi ilə bağlı sərəncam imzalayıb. 

"Report" xəbər verir ki, qərarın 15 gündən sonra qüvvəyə minməsi gözlənilir.

Qeyd edək ki, D.Tramp açıqlamasında son qərarla 170 min iş yerinin qorunacağını bildirib. Baxmayaraq ki, eks-prezident Corc Buşun dövründə verilən analoji qərar iqtisadiyyatın digər sahələrində 200 min iş yerinin itirilməsi ilə nəticələnib. Rüsumların artırılmasının Çindən çox Kanadaya təsir edəcəyi deyilir. Belə ki, polad idxalında Çin 2%, Kanada isə 16% xüsusi çəkiyə sahibdir. Həmçinin rüsumlar "Ford" və "General Motors" kimi nəhəng avtomobil şirkətlərinin xərclərinin artmasına gətirib çıxaracaq. Analitiklər, bu 2 şirkətin ildə 500 mln. dollar itirəcəyini proqnozlaşdırıblar.

Xatırladaq ki, Avropa İttifaqı rəsmiləri ABŞ-a qarşı adekvat adıım ataraq cins şalvar, burbon və motosikllara əlavə gömrük rüsumu tətbiq edilə biləcəyini bildiriblər. Belə olduğu halda, ABŞ 190 min iş yeri ilə vidalaşmalı olacaq. Həmçinin, mövcud qərar bəzi xarici dövlətlərin ABŞ-ın dövlət istiqrazlarını almaqdan imtina etməsinə səbəb ola bilər ki, nəticədə faizlər kəskin yüksələ bilər.