FİFA Türkiyə klubunu cəzalandırdı


İdman 09 Mar 2018 10:31:00 246 0

FİFA Türkiyə klubunu cəzalandırdı

FİFA Türkiyənin “Trabzonspor” klubunu cəzalandırıb.

Goal.az xəbər verir ki, dünyanın ali futbol qurumu Qaradəniz təmsilçisi ilə Slovakiyanın “Trençin” klubu arasındakı mübahisədə ikinciləri haqlı sayıb. Belə ki, “Trençin” 2016-cı ildə, Matus Beronun transferi zamanı “Trabzonspor”un kluba ödəmədiyi 250 min avroya görə FİFA-ya müraciət etmişdi.

Dünyanın ali futbol qurumu isə Türkiyə təmsilçisinə transfer qadağası cəzası verib. Cəzaya əsasən, “bordo-mavilər” bu yay heç bir futbolçu transfer edə bilməyəcək.