Özbəkistan prezidenti son 18 ildə ilk dəfə Tacikistana rəsmi səfər edib


Dünya 09 Mar 2018 10:37:35 216 0

Özbəkistan prezidenti son 18 ildə ilk dəfə Tacikistana rəsmi səfər edib

Səfər çərçivəsində iki ölkə arasında 25 sənədin imzalanacağı gözələnilir

Özbəkistan prezidenti Şavkat Mirziyoyev son 18 ildə ilk dəfə Tacikistana rəsmi səfər edib.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu, 2016-cı ilin dekabrından ölkəsinə rəhbərlik edən Ş.Mirziyoyevin Tacikistana ilk səfəridir.  

Tacikistan prezdenti İmomoli Rahmon və Şavkat Mirziyoyevin avtomobil karvanını əllərində iki ölkənin bayraqları olan 12 min tələbə və məktəbli alqışlarla qarşılayıb.

Səfər çərçivəsində iki ölkə arasında 25 sənədin imzalanacağı gözələnilir. Martın 10-da Tacikistan və Özbəkistan incəsənət ustalarının konserti olacaq.

Qeyd edək ki, Özbəkistanın mərhum prezidenti İslam Kərimov sonuncu dəfə 2000-ci ilin iyununda Tacikistana gedib. İ.Rahmon isə 1998-ci ilin yanvarında Daşkəndi ziyarət edib.

Tacikistanda vətəndaş müharibəsi zamanı (1992-1997-ci illərdə) Özbəkistan İslam adı altında fəaliyyət göstərən silahlıların ölkə ərazisinə keçməsinin qarşısını almaq üçün iki dövlət arasında sərhədi minalamışdı. 1992-ci ildə Özbəkistan birtərəfli qaydada Tacikitanla aiareysləri dayandırmışdı. Rəsmi Daşkənd Tacikistan vətəndaşalrına birtərəfli qaydada viza rejimi tətbiq etmişdi.

Bundan başqa Taickistan müxtəlif səviyyələrdə Özbəkistana qarşı ərazi iddiaları irəli sürür. İki ölkə arasında regional su, energetika və Roqun Su Elektrik Stansiyası, Tacikistan Alümium zavodunun tikintisi, infrastruktur və nəqliyyat layihələrinin həyata keçməsində problemlər olub. Müstəqillik illərində hökumətlərarası 100-ə yaxın razılaşma imzalansa da onlar faktiki olaraq, yerinə yetirlməyib.

2017-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi 126 milyon dollar olub.