Türkiyənin tanınmış aktyoru vəfat edib


Digərləri 09 Mar 2018 10:19:45 158 0

Türkiyənin tanınmış aktyoru vəfat edib

Ötən həftə insult keçirən aktyor xəstəxanaya yerləşdirilmişdi

Türkiyənin tanınmış aktyoru Ercan Yazgan vəfat edib.

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, o, 72 yaşında dünyasını dəyişib. 

Ötən həftə insult keçirən aktyor xəstəxanaya yerləşdirilmişdi. 

Həkimlər bildiriblər ki, E.Yazgan daxili orqanlarında yaranan çatışmazlıqdan vəfat edib.

Qeyd edək ki, E.Yazgan 1946-cı ildə anadan olub. O, "Perihan Abla" serialındakı sürücü İsmet xarakteri ilə məşhurluq qazanıb. 1989-2002-ci illərdə davamlı olaraq "Bizimkilər" serialında qapıçı Cəfər rolunu canlandırıb. Aktyor bir çox serial və filmlərdə rol alıb.