Vəkili Fədayə haqda: "Belə şəraitsiz yerdə qalmaq çətindir"


Digərləri 09 Mar 2018 09:33:00 477 0

Vəkili Fədayə haqda: "Belə şəraitsiz yerdə qalmaq çətindir"

"Fədayə Laçınla bağlı hələlik istintaq prosesində hər hansı yenilik yoxdur. Son ayda heç bir istintaq işi aparılmayıb. Özü ilə görüşmüşəm, normaldır. Azadlıq üçün, tamaşaçıları, sevənləri üçün darıxıb".

Son.az oxu.az-a istinadən xəbər verir ki, bu sözləri məhbus müğənninin vəkili Türkel Süleymanlı deyib. Onun sözlərinə görə, müğənninin səhhəti normaldır, həkim nəzarətindədir.

Vəkil yaxın günlərdə Fədayə Laçınla bağlı qəti-imkan tədbirinin dəyişdirilməsi üçün yenidən müraciət edəcəklərini bildirib: "Heç bir istintaq işi aparılmadan Fədayə Laçının həbsdə qalması heç kimə faydalı deyil. O istənilən vaxtda istintaq prosesi ilə əlaqədar gəlib-getməyə hazırdır. Lakin heç bir iş aparılmadan onun aylarla həbsdə qalması qanunvericiliyə də ziddir. Səbəb olmalıdır. Fədayə Laçın nə zaman istintaqdan qaçıb, gizlənib? Sabah haqqında cəza tədbiri seçilsə, daha normal şəraitli bir yerə, düşərgəyə göndəriləcək. Lakin indiki gündə daş divar arasında cəza çəkməsi onun səhhətinə ziyandır. Belə şəraitsiz yerdə qalmaq çətindir".

Vəkil məhkəmə prosesinin gecikməsindən də danışıb: "Bilmirik ki, məhkəmə prosesi hansı səbəbdən gecikdirilir. Heç bir hərəkət yoxdur".