9 yaşlı oğlanı sahibsiz it dişlədi


Digərləri 09 Mar 2018 09:15:00 471 0

9 yaşlı oğlanı sahibsiz it dişlədi

Şəkidə küçədə oynayan 9 yaşlı oğlanı sahibsiz it dişləyib.

Son.az APA-ya istinadən xəbər verir ki, martın 8-də saat 19.00 radələrində rayonun Şəki kəndinin sakini, 2009-cu il təvəllüdlü Mirkamil Füzuli oğlu Musayev it dişləməsi xəsarətləri ilə Şəki Mərkəzi Rayon Xəstəxanasına (MRX) daxil olub.

MRX-dan sayta verilən məlumata görə, Mirkamil Musayev küçədə oynayarkən sahibsiz it ona hücum edib, hər iki qolun bilək və bir ayağının bud nahiyəsindən dişləyib. Mirkamil Musayevə lazımi tibbi yardım göstərilib, quduzluq əleyhinə peyvənd vurulduqdan sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıb.