Kim Çen In nüvə proqramından imtina etməyə hazır olduğunu bəyan edib


Dünya 09 Mar 2018 08:12:00 266 0

Kim Çen In nüvə proqramından imtina etməyə hazır olduğunu bəyan edib

Şimali Koreya lideri Kim Çen In nüvə və raket sınaqlarından imtina etməyə hazır olduğunu bəyan edib. Son.az APA-ya istinadən xəbər verir ki, bu barədə KXDR lideri lə bir neçə gün əvvəl danışıqlar aparmış Cənubi Koreya prezidentinin  təhlükəsizlik üzrə müşaviri Çon In Yön  bildirib. 

"Mən prezident Donald Trampa bildirdim ki, Şimali Koreya lideri ilə danışıqlar zamanı o Koreya yarımadasının nüvəsizləşdirilməsi prosesinə  sadiq olduğunu ifadə edib. Kim Çen In  Şimali Koreyanın nüvə və raket sınaqları keçirməyəcəyini vəd edib", - deyə Çon In Yön  bildirib. 

Qeyd edək ki, D.Tramp Kim Çen Inla təkbətək görüş keçirməyə razılıq verib.