İlahiyyat İnstitutunda yalnız İslam üzrə mütəxəssislər hazırlanmayacaq


Digərləri 09 Mar 2018 07:55:00 297 0

İlahiyyat İnstitutunda yalnız İslam üzrə mütəxəssislər hazırlanmayacaq

Yeni yaradılan İlahiyyat İnstitutunda İslamla yanaşı, digər dinlər üzrə də mütəxəssislərin hazırlanması planlaşdırılır.

Son.az xəbər verir ki, bunu özəl olaraq Trend-in sorğusuna cavab olaraq, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən (DQİDK) bildiriblər.

Komitədən qeyd edilib ki, institutun bu ilin sentyabr ayından etibarən fəaliyyətə başlaması nəzərdə tutulub:

"Hazırda institutun nizamnaməsinin hazırlanması üzərində iş gedir. Bu işlər yekunlaşmaq üzrədir. Tələbə qəbuluna gəldikdə isə bu məsələ müzakirə mərhələsindədir. Onun həlli istiqamətində işlər aparılır".