Azər Axşam: "Məni qorxuya salır..." MÜSAHİBƏ


Şou-biznes 09 Mar 2018 05:30:00 321 0

Azər Axşam: "Məni qorxuya salır..."  MÜSAHİBƏ

Son.az bildirir ki, tanınmış aparıcı və aktyor Azər Axşam Publika.az-ın "Üç nöqtə" layihəsində yarımçıq qalan sualları tamamlayıb.

Məşhurun cavablarını təqdim edirik:

- Dünyanı dəyişmək imkanım olsaydı...

- Məni narahat edən bir çox məsələləri var, təəssüf ki, onları dəyişdirmək mümkün deyil. Amma özümü dəyişdirməzdim.

- İndiki ağlım olsaydı...

- Doğulmazdım.

- Kişilər o qadınlara xəyanət etmir ki...

- Yəqin ki, onları sevən qadınlara.

- Seviləsi qadın olmağın ilkin şərti...

- Hesab edirəm ki, kişinin sözündən çıxmayan xanımlar hər zaman sevilir.

- Qadınlar yaşını ona görə gizlədir ki...

- Kişilərdən cavan görünmək üçün gizlədirlər (gülür).

- Qadına qarşı şiddət...

- Belə xəbərlər eşidəndə təbii ki, məyus oluram. Şiddəti nəinki xanımlar, heç kişilər də sevmir. Ümumiyyətlə, insana yaraşan hərəkət deyil.

- Təəssüf edirəm ki...

- Qoy, bu bənd cavabsız qalsın, çünki kimlərsə səhv başa düşər, xoşagəlməz söz-söhbətlərə səbəb ola bilər.

- Vanqa nənə ilə görüşsəydim...

- Özüm haqqında heç nə soruşmazdım. Gələcəyi öyrənməyi sevmirəm.

- Küsülü olduğum insana demək istəyirəm ki...

- Küsülü olduğum insan yoxdur.

- Tənhalıq insan üçün lənətdir, yoxsa...

- Tənhalıq lənət deyil, həm də baxır kimin üçün. Bəzən çoxluq insan üçün lənət olur.

- Kiminsə yalan danışdığını hiss edəndə...