Günün qoroskopu: ehtiyatlı olun, mənasız və səbəbsiz risklər etməyin


Digərləri 09 Mar 2018 00:01:00 298 0

Günün qoroskopu: ehtiyatlı olun, mənasız və səbəbsiz risklər etməyin

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir

Son.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir

Qoç - situasiyalarda qəfil, əsla nəzərdə tutulmamış dəyişikliklər ola bilər. Kölgəyə çəkilin, bir qədər sakit davranın. Ətrafınızda baş verənləri diqqətlə müşahidə edin. Maraqlandığınız işdə uğurlar əldə edə bilərsiniz.

Günün ikinci yarısında yeni layihəyə başlamayın. İti və kəsici alətlərlə ehtiyatlı davranın. Yaxın ətrafınızdakı insanlarla təmaslarda gərginlik, qarşılıqlı iradlar olacaq. Fikir ayrılıqlarını normal şəkildə nizamlayın. Günün təmayüllərini nəzərə alaraq problemləri dərhal aradan qaldırın. Axşam saatlarında yeni ideyalar istisna deyil.

Yeni ideyaları müzakirə etmək gərəkdir.

Axşam saatlarında bir müddət tənha qalmağa çalışın.

Buğa - sizi təəccübləndirəcək çox hadisə olacaq. Arzuladığınız işlərdən birinə başlamaq şansı yaranacaq. Fürsətdən yararlanın. Qəfil hadisə əhvalınızı korlayaraq fəaliyyətinizi korlaya bilər. İşlərdən biri gəlir və ya rəqiblərlə müqayisədə üstünlük vəd edir.

Günün ikinci yarısında yeni əlaqələr qurun, təmasları aktivləşdirin, münasibətləri nizamlayın.

Diqqətinizə və qayğınıza ehtiyac duyan insanlara dəstək olun. Enerjiniz az deyil. Emosiyalara qapılmayın. Təmaslarda ehtiyatlı olun. Axşam saatlarında səhhətinizə fikir verin, çox işləməyin.

Əkizlər - işgüzar danışıqlar, müzakirələr, bacarıqların nümayişi üçün əlverişli zamandır. Emosional fonu kontrolda saxlayın. Mübahisələrin konstruktiv məcrada olmasına çalışın.

Gün bol sürprizlər vəd edir. Hadisələrin axarı pozitiv və ya mənfi ola bilər. Hər şey sizdən asılıdır. Çalışdığınız insanların məramlarına fikir verin. Münasibətləri balanslaşdırın. Yollarda ehtiyatlı olun. Axşam saatlarında sakit istirahət edin.

Maliyyə məsələləri xüsusi diqqət tələb edir. İmpulsa aldanaraq itkilər verməyin, mənasız xərclər etməyin. Problemlərin uğurlu həllini tapmaq olar.

Xərçəng - yolda ehtiyatlı olun. Nəqliyyat vasitəsilə ilə bağlı problem, gecikmə, təxirəsalma ola bilər. Yaxın ətrafınızda baş verən hadisələrin sayı artır. Sıx bağlı olmadığınız, amma yaşamınızda müəyyən yer tutan insanlarla əlaqələrdə ehtiyatlı davranın. Yaxın gələcəklə bağlı planlarınızda zəruri dəyişikliklər edin.

Günün ikinci yarısında dəyər verdiyiniz insanın sizə qarşı iradları və iddiaları artacaq. Məqsədlərlə hədəfləri dəqiqləşdirin. Narazılıqların sayı artır. Mübahisələrin qarşısını almaq üçün yeni sxemlərdən yararlanmaq olar.

Təhlükəsizliyinizi təmin edin. Maraqlarınızı ani hisslərə qurban verməyin. Nailiyyətləri qorumaq üçün təmkinli, səbrli olmalısınız.

Şir - çalışdığınız kollektiv və ya qrupda qapalı, ilk baxışdan nəzərə çarpmayan təhlükə var. Sözlərinizə, dediklərinizə fikir verin. Təmasları sizin üçün mühüm olan insanlarla münasibətləri korlamayın.

Günün ikinci yarısında nişanələrə və olaylara diqqətlə fiki verin. Yeni resurslar potensial və gücün aşkarlanması mümkündür. Enerjinizin sərfinin optimal yolunu seçin. Yaşamınızdakı gərəksiz əlaqələr, ünsiyyət və vədlərdən qurtulun. Gərəkli müstəvidə qayda yaradın.

Axşam saatları şəxsi münasibətlər üçün mürəkkəb zamandır. Sevdiyiniz insanın xətrinə dəyməyin.

Qız - günün ilk yarısındakı qeyri-müəyyənlik ciddi narahatlıq yarada bilər. Ailə işləri və məişət qayğıları ilə bağlı durumdakı çətinlikləri aradan qaldırın. Yaşam arealında qayda yaradın. Resurs və ehtiyatlarınızı dəyərləndirin. Alış-veriş etmək olar.

Günün ikinci yarısında məşğuliyyətinizi və ünsiyyət çevrənizi təftişə uğrada bilərsiniz. Münaqişəli situsiyaların, sizi asılı duruma salmaq istəyən insanların iradlarının az olduğu durumu seçin. Təmkinli olun. Kobudluğa kobudluqla, aqressiya ilə cavab verməyin. Estetikaya, gözəlliyə tələbat arta bilər. Qarderob və aksessuarların yenilənməsi üçün münasib zamandır.