ABŞ Türkiyəyə "S400"lərin alınmasının fəsadları barədə xəbərdarlıq edib


Dünya 08 Mar 2018 23:48:00 251 0

ABŞ Türkiyəyə "S400"lərin alınmasının fəsadları barədə xəbərdarlıq edib

ABŞ Türkiyənin Rusiya istehsalı olan S-400 zenit-raket sistemlərini əldə etmək planından imtina edəcyinə ümid edir və Ankaranı bu cür addımın fəsadlarının ola biləcəyi barədə xəbərdarlıq edir. 

Son.az APA-ya istinadən xəbər verir ki, bu barədə ABŞ Senatında çıxışı zamanı Avropadakı NATO qüvvələrinin baş komandanı amerikalı general Kertis Skalarrotti bildirib. 

O S-400 komplekslərinin NATO standartlarına uyğun gəlmədiyini  xatırladıb. "Mən və hökumətimizin digər üzvləri də onlara S-400-lərin əldə olunmasının digər fəsadlarla nəticələnə biləcəyini izah etməyə çalışmışıq", - deyə general bildirib. Kertis Skalarrotti "digər  fəsadlar"ın mahiyyətini açıqlamayıb.