Avtobuslar və dayanacaqlarda niyə ''siqaret çəkmək qadağandir'' nişanları yoxdur?


Digərləri 08 Mar 2018 22:35:00 454 0

Avtobuslar və dayanacaqlarda niyə ''siqaret çəkmək qadağandir'' nişanları yoxdur?

Avtobus gözləyən şəxs dayanacaqda siqaret çəkir. Halbuki, ictimai yerlərdə siqaret çəkmək qadağandır. Ancaq görünən odur ki, dayanacaqlarda bu qadağaya məhəl qoyan yoxdur.

Bundan başqa, sərnişin avtobuslarının bir çoxunda da siqaret çəkmək qadağandır nişanını görmək mümkün deyil. Sərnişinlərin sözlərinə görə, siqaret çəkən sürücülərə tez-tez rast gəlinir.

Xətt nəzarətçiləri isə nişanın olmamasını belə əsaslandırırlar: "Nişanlar qopub düşür".