30 yaşlı qadın intihara cəhd edib


Digərləri 08 Mar 2018 22:12:00 236 0

30 yaşlı qadın intihara cəhd edib

Lənkəranda 30 yaşlı qadın intihara cəhd edib. Son.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Darquba kəndində baş verib. Kənd sakini 1988-ci il təvəllüdlü Zülfiyyə Qəribəli qızı Abbasova ailə münaqişəsi zəmnində atası evində sirkə turşusu içərək intihar etmək istəyib.

Z.Abbasova yaxınları tərəfindən Lənkəran Mərkəzi Rayon Xəstəxanasına çatdırılaraq reanimasiya şöbəsinə yerləşdirilib.

Məlumata görə, münaqişə onunla yoldaşı arasında baş verib. Z. Abbasova əri ilə telefon danışığından sonra məlum hadisəni törədib. 

Faktla bağlı araşdırma aparılır.