Bayramı iş başında qeyd edənlər


Digərləri 08 Mar 2018 22:08:00 264 0

Bayramı iş başında qeyd edənlər

Bu gün onların günüdür. Amma onlar bu günü bayram kimi yox, adi iş günü kimi keçirirlər. Biri çörək bişirir, o biri təmizlik işi görür, digəri sükan arxasında, o biri asayişin keşiyindədir...

Son.az bildirir ki, 27 ildir çörəkçi işləyən Həmidə xanım bu bayramı yenə işdə qeyd edir. Yeganə fərq müştərilərindən pul ilə yanaşı, bayram təbriki də almasıdır.

Əhalinin sağlamlığının keşiyində duran Təcili-Tibbi Yardım Stansiyasının xanım əməkdaşları da bayramlarını işdə qeyd edənlər sırasındadırlar.