Baltik dənizində içində 22 nəfərin olduğu yük gəmisi qəza siqnalı verib


Dünya 08 Mar 2018 21:45:00 344 0

Baltik dənizində içində 22 nəfərin olduğu yük gəmisi qəza siqnalı verib

Baltik dənizində, İsveçin Qotland adası yaxınlığında yük gəmisi qəza siqnalı verib.

Son.az report.az-a istinadən bildirir ki, Finlandiyanın buzqıran "Nordica" gəmisi, xilasedici vertolyotu və sahil mühafizəsinin patrul gəmisi Peterburq istiqamətində üzən yük gəmisinə yaxınlaşıblar. Mənbə bildirib ki, hadisə zamanı gəminin içində 22 nəfər olub. Onların həyatı üçün təhlükənin olmadığı bildirilir.